AZ

Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, AMEA-nın Biologiya Tibb elmləri bölməsinin vitse-prezidenti, professor İradə Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Elşad Qurbanov, “Abşeron” Təcrübə Stansiyasının direktoru, professor Cəbrayıl Ağayev bildiriblər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. Natiqlər dünyada baş verən iqlim dəyişiklikləri fonunda yaranmış ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın həyata keçirdiyi əməli addımlardan da danışıblar.

Seçilən
58
3
sesqazeti.az

4Mənbələr