İran hökuməti prezidentliyə namizəd Səid Cəliliyə dəstək verməsini təkzib edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, administrasiyanın sözçüsü Əli Bahadori-Cahromi Məsud Pezeşkianın seçki qəraragahının ittihamlarını rədd edib.
O, əks-ittihamla çıxış edib: "Ötən dövrlərdə Pezeşkianın qərargahında müxtəlif vəzifəli şəxslərin və məmurların məzuniyyət və ya istefa vermədən, iş saatlarında seçki fəaliyyəti ilə bağlı rəsmi iştirakının şahidi olmuşuq. Ümid edirik ki, bu qeyri-qanuni təcrübəyə qısa zamanda son veriləcək".
Telegram kanalımız