AZ

"Azərsun Holdinq"in xalis mənfəəti təxminən 4 dəfə artıb

2023-cü ildə “Azərsun Holdinq” MMC-nin məzənnə fərqindən xalis zərəri 3,29 milyon manata yüksəlib. 

Valyuta.az bu barədə holdinqin audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir. 

Holdinqin məzənnə fərqindən zərəri 2022-ci ilə nisbətən ötən il 1,1 milyon manat artıb. 2022-ci ildə bu rəqəm 2,19 milyon manat təşkil edib. 

Holdinqin gəlirləri 2022-ci ilə nisbətən ötən il 0,7% və ya 14,5 milyon manat azalaraq  2023-cü ildə 1,81 mlrd. manat təşkil edib.   Satışın maya dəyəri çıxıldıqdan sonra  “Azərsun”un məcmu mənfəəti 463,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 1,9 milyon manat azdır.
 
Holdinq ümumilikdə 2023-cü ili  58,3 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2022-ci ilə nisbətən 3,8 dəfə çoxdur. 
 
1 yanvar 2024-cü il tarixinə “Azərsun”un cəmi aktivləri 92 mln. manat azalaraq 1 mlrd. 163,4 milyon manatdan 1 mlrd. 71,6 milyon manata, cəmi öhdəlikləri isə 746,6 milyon manatdan 433,8 milyon manata enib. Bu dövrdə holdinqin cəmi kapitalı 2022-ci ildəki 416,7 milyon manatdan 637,7 milyon manata yüksəlib.

Leyli

Seçilən
49
22
valyuta.az

10Mənbələr