AZ

Dövlət Agentliyi selin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işləri açıqlayıb

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlaraqarşı mühafizə tədbirləri görür.

Trend bu barədə ADSEA-ya istinadən məlumat verir.

Ölkə ərazisində 60-dan artıq sel və daşqın təhlükəli çaylarmövcuddur. Sel və daşqınlar əsasən yaz-yay aylarına təsadüf edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin statistik məlumatlarınaəsasən son 5 il ərzində ekstrimal hidrometeoroloji hadisələrin(sel, külək, dolu, yağışların və s.) sayında kəskin artım müşahidəolunur. Belə ki, 2019-cu ildə il ərzində 5, 2020-də 35, 2021-də 41,2022-də 50, 2023-cü ildə isə 147 sel və daşqın olub. Bu il sadəcəaprel-iyun aylarında 59 dəfə sel və daşqınlar müşahidə edilib.
Hər il olduğu kimi, bu ildə də çaylarda baş verə biləcək sel vədaşqınların yaratdığı ziyanların minimuma endirilməsi üçünAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühümtədbirlər görülür.

Məlumat üçün bildiririk ki, bu il intensiv yağışlar səbəbindənartan sel suları, küçələri, həyətyanı sahələri, ictimai iaşəobyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməzedib, təsərrüfatlara ziyan dəyib. Qısa müddət ərzində Agentliyinyerli istismar idarələri tərəfindən texnikalar cəlb olunaraqkanalların təmizlənməsi, həyətyanı sahələrdən suların çəkilməsi,yolların hamarlanması işləri aparılır, fəsadlar aradanqaldırılır.
İyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibatiərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun selsularına məruz qalması nəticəsində yolun hərəkət hissəsindəçətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçünAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli istismaridarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpaolunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həminərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpaolunaraq istifadəyə verililib. Hazırda Pensər çayında məcratəmizləmə işləri davam etdirilir. Kürdəmir rayonunun ərazisindəGirdimançay çayında su sərfinin artması nəticəsində rayonunPirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb.Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismaridarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan selsularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılmasıtəmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısıalınıb.

Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın vəmexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadiolaraq aparılır. Eyni zamanda Sığırlı və Karrar kəndləri ərazisindəyağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadlarınaradan qaldırılması üçün işlər davam etdirilir.
May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış vədağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayonərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay,Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaqmühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində,Qurbanəfəndi və Topçu kəndlərində, dağlardan gələn güclü sel sularıhəyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub.Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağackötükləri tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinəçətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindənəkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verənfəsadlar aradan qaldırılıb. Eyni zamanda Göyçay, Türyançay,Talıstançay və Ax-ox çaylarında sel suları nəticəsində dağılantorpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir. Qaxrayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlərgörülüb. Bundan basqa Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçündə əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizətədbirləri həyata keçirilib.

Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançayçaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarlaçaylarda məcra təmizləmə işləri həyata keçirilib.

Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfiartması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedənavtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlbolunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yenitikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısınınalınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təminolunub.

Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay,Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerliistismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi vəmöhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb vəhazırda bu istiqamətdə işlər davam etdirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
5
az.trend.az

10Mənbələr