AZ

HadisəUcarda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Ucar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik maşını yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı bir qadın hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
12
far.az

10Mənbələr