AZ

Şairə Cığatel İsaqızı: "Başıma gələnləri danışa bilmirəm..."

Şairə Cığatel İsaqızı MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, şairə bu sözləri deyib: "Yıxılanda deyirəm ki, Allahım, məni nədən qorudun. Yerdən qalxanda da deyirəm ki, Allahım, məni nə gözəl qaldırdın. Həyatımda başıma gələnlərə, olub-keçənlərə, taleyimdə yaşadıqlarıma, faciələrimə baxmayaraq həmişə Allaha şükür edirəm.

Mənim həyatım sanki bir filmdir. Çox ağır, keçməkeşli, ağlı-qaralı bir həyat yolu keçmişəm. Yaşamaq vacibdir, öz xətrimizə olmasa da, bizim varlığımızla yaşayanlar üçün yaşamalıyıq.

Özümə çərçivələr qoymuşam, çünki belə yaşamaq istəmişəm. Bir zamanlar qınadığım insanlara indi başqa gözlə baxıram. Həddindən artıq zəhmətkeş insan olmuşam, özümü qurban vermişəm. Onları danışa bilmirəm. İllərlə göstərdiyim səbr mənə gözyaşı ilə başa gəlib. Haqqıma çox giriblər. Güclü qadın olmaqdan yorulmuşam. Bu 59 il ərzində 1000 illik ömrün acılarından keçmişəm".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
32
teleqraf.com

1Mənbələr