Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu şəhərin qubernatoru Mixail Razvojaev elan edib.
“Hər kəsin diqqətinə! Hava hücumu xəbərdarlığı! – o, Telegram-da yazıb.
Xatırladaq ki, qısa fasilədən sonra NATO-nun kəşfiyyat təyyarələrinin Krım bölgəsinə qayıtması ilə bağlı məlumatlar yayılıb.