AZ

Hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinə bu qaydada aparılır - Nazirlik açıqladı

Bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin Fərmanına əsasən, bu gündən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir:

Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır. Bu müayinələrin keçirilməsi üçün Agentliyin müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi də yaradılıb.

Həmçinin Nazirlik tərəfindən yekun tibbi müayinə prosedurunun da rəqəmsal infrastrukturu qurulub. Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin təkmilləşdirilməsi, aidiyyəti qurumlarla elektron məlumat mübadiləsi imkanları təmin edilib.

Bu da yekun tibbi müayinə xidmətinin çevikliyinin və şəffaflığının artırılmasına xidmət edir.

Yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:

Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, aidiyyəti qurumların təmsil olunduğu Apellyasiya Şurasına müraciət edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
5
yeniazerbaycan.com

10Mənbələr