Balaxanı Sənaye Parkının rezidentlərindən biri və İngiltərənin ən böyük sürtgü yağları istehsal edən şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi “Exol Azerbaijan” QSC 2023-cü ili 2 milyon 77 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 660 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, “Exol Azerbaijan”ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 583 min manat və ya 22% azalıb.

İndex.az xəbər verir ki, “Exol Azerbaijan” şirkətinin əsas əməliyyat gəliri 2022-ci ildə 7 milyon 231 min manat ikən, 2023-ü ildə 6 milyon 187 min manata düşüb (1 milyon 44 min manat və ya 16,9% azalıb).