AZ

“Ömrünün yarısını Milli Məclisdə keçirmiş sabiq deputatların...”

"Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri ötən kampaniyalarla müqayisədə deputatlığa namizədlərin daha yüksək fəallığı şəraitində kecəcək. Eyni zamanda, 1 sentyabr seçkilərində gənc iddialıların ümumi namizədlər korpusunda üstünlük təşkil etməsi ilə fərqlənəcəyi gözlənilir". 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əlabbas Məhərrəmli deyib. Onun qənaətinə görə, artıq səlahiyyətlərini başa vurmuş sabiq deputatların bir qisminin də bu seçkilərdə iştirakı, mandatlarını “qorumağa” çalışacağı təxmin edilir: "Düzdür, seçkidə iştirak üçün yuxarı yaş senzi, yaxud da başqa ciddi məhdudiyyət yoxdur. Yəni qanunun imkan verdiyi çərçivədə hər kəs seçkidə iştirak edə bilər. 

Ancaq bütün hallarda yaşlarının ixtiyar vaxtına qədəm qoyan keçmiş, amma yenidən seçilmək istəyən deputatlar da gənclərin iddiasını anlayışla qarşılamalıdırlar. Hər halda, ömrünün bəlkə də yarısını Milli Məclisdə keçirmiş sabiq deputatların indi də seçkidə iştirakın yollarını axtarması birmənalı qiymətləndirilmir. Razılaşaq ki, bu, artıq insanlara xidmət niyyətinin yox, sadəcə, “yenə də mandatım olsun” düşüncəsinin təzahürüdür". 

Ə.Məhərrəmli növbədənkənar parlament seçkilərinin kifayət qədər maraqlı keçəcəyinə əmin olduğunu bildirib. 


Telegram kanalımız
Seçilən
99
yenisabah.az

1Mənbələr