AZ

Gündoğan “Barselona”dakı və millidəki çıxışını müqayisə etdi

Almaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan bundestimdə oynamağın daha rahat olduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, türkəsilli almaniyalı futbolçu bunun səbəbini belə izah edib:

“Barselona”da mən gərək olan mövqelərdə oynayırdım, ona görə də hər şey azacıq qarışıq idi və çoxsaylı mövqe dəyişiklikləri vardı. Daim uyğunlaşmalı olurdum. Bəzən yaxşı oynamaq hansı mövqedə olduğunuzu və ətrafınızda kimin olduğunu bilmək deməkdir. Bunu bilməklə daha da rahatlıq duyursan. Yığma komandada özümü meydanda, yoldaşlarımla oynayanda və öz mövqeyimdə çox rahat hiss edirəm”, deyə təcrübəli yarımmüdafiəçi vurğulayıb.

Xatırladaq ki, İlkay “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Gündoğan “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.

İlkay 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. O, uzun illər “şəhərlilər”in kapitanı olub.

Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum”, “Borussiya” (Dortmund) kimi klublarda da forma geyinib.

İlkay kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 81 oyuna 19 qol vurub, 9 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu hazırda Avropa çempionatında (AÇ-2024) iştirak edən Almaniya millisinin kapitanıdır.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
arena.az

2Mənbələr