AZ

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Bakı. Trend:

“Yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində ekoloji, sosialvə korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi xüsusiləəhəmiyyətlidir. Ümumilikdə ESG (Environmental, Social andGovernance) prinsipləri dedikdə E komponenti üzrə şirkətinekologiyaya münasibətdə nə dərəcədə diqqətli davranması, o cümlədənşirkətin korporativ iqlim siyasəti, enerjidən istifadəsi,tullantıların idarə edilməsi, təbii resursların qorunmasıistiqamətində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. ESG-nindigər iki komponenti S və G isə şirkətin işçilərə, təchizatçılaravə müştərilərə münasibətini, dəqiq və şəffaf mühasibat uçotununtətbiqini, rəhbər işçilərin seçimi zamanı dürüstlük və bərabərliyəriayət olunması, səhmdarlar qarşısında cavabdehlik kimi məsələləriəhatə edir.

ESG-nin hər bir komponenti üzrə qanunvericilikdə bir sıragüzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutulur. Həmin güzəştvə imtiyazları diqqətinizə təqdim edirik.

E komponenti (ekoloji, ətraf mühitin mühafizəsi) üzrəgüzəştlər

Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə nəqliyyatsektorunun payına düşür. Son illər iqtisadi fəallığın artmasıfonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Qeydedilməlidir ki, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı vədigər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərir.Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən etibarən,mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eynizamanda, enerji doldurucularına və sıxılmış qazla işləyənavtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb.

Vergi Məcəlləsinə əsasən elektrik mühərriki ilə işləyənavtomobillərin idxalı 2019-cu ildən əlavə dəyər vergisindən (ƏDV)azaddır. 2022-ci ilin 1 yanvar tarixindən elektrik mühərriki iləişləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışı 3 il müddətinə, istehsal tarixi 3ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibridavtomobillərin idxalı 4 il müddətinə ƏDV-dən azad olunub. Sürücüdaxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuşsıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın1-dən 5 il müddətinə ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, zavodburaxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərriki iləhərəkətə gətirilən minik avtomobilləri və avtomobillər üçün ikincivə üçüncü səviyyəli enerji doldurucularının idxalı gömrükrüsumundan azad edilib.

Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerjimənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədəkistehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinəötürülməsindən əldə olunan gəlir gəlir vergisindən azaddır.

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 maytarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakışəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dairDövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirməkməqsədilə Balaxanı Sənaye Parkı yaradılıb. Sənaye parkınınyaradılmasında əsas məqsəd təkrar emal sahəsində maraqlı olanpotensial sahibkarlar və investorlar üçün əlverişli şəraityaratmaqdır. Sənaye parkının rezidentləri 10 il müddətinə mənfəət,torpaq və əmlak vergisindən azaddır. Eyni zamanda, VergiMəcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqlarınvə qurğuların idxalı rezidentin sənaye və texnologiyalar parkındaqeydiyyata alındığı tarixdən il müddətinə vergidən azad edilir.

S komponenti (sosial məsələlər) üzrə hansı güzəştlərtətbiq olunur?

S komponentinin tərkib hissələrindən biri işçilər üçün güzəşt vəimtiyazlarla bağlıdır. Milli əmək qanunvericiliyində həssasqruplardan olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlarəks olunub. Məsələn, əlilliyi olan şəxslərin digər şəxslərləbərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ təsbitedilib. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansıayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əməkmüqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərinəmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Onunla əlilliksəbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdənimtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və özrazılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. İşyerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsiüçün uyğunlaşdırılması təmin edilməlidir.

“Məşğulluq haqqında” Qanunla müəssisə və təşkilatlarda kvotamüəyyən edilir. Bu kvota sosial müdafiəyə xüsusi ehtiyac olanişaxtaran və işsiz şəxslərin işlə təminatı üçün işəgötürənlərüzərində tətbiq edilən iş yerləridir. Həmin şəxslərin sırasınaəlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər,yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlıvalideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyəedən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər,cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburiköçkünlər daxildir.

Əmək qanunvericiliyində bir sıra kateqoriyalardan olan şəxslərüçün güzəşt və azadolmalar da əksini tapıb. Məsələn, ƏməkMəcəlləsinə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onlarınyaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri vədigər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtımüəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilərvə orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əlilliyimüəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağıolan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərüçün 36 saatdan artıq olmamalıdır. Eyni zamanda əmək şəraitifiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərliolan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli işyerlərində, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəbgərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillərolan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çoxolmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilməsiqanunvericilikdə təsbit edilib.

Əgər işçinin səhhəti və fizioloji vəziyyəti, habelə xronikixəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbirəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinəyetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxudəlilliyi müəyyən edilmiş uşağı olan qadınlara öz ərizələri əsasındaişəgötürən natamam iş vaxtı müəyyən etməlidir. Hamilə, 14 yaşınadəkuşağı olan, həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan qadınlarıngecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə,istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işəcəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılırazılığı ilə yol verilir. Yaş yarımına çatmamış uşağı olan qadınlaröz ərizələri ilə uşağı yaş yarımına çatanadək başqa yüngül işəkeçirilə və ya ona uşağını yedizdirməsi üçün şəraityaradılmalıdır.

Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərə,hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üçyaşınadək uşağını təkbaşına böyüdən kişilərə və digərkateqoriyalara sınaq müddəti müəyyən edilmir.

Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbiəməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər,Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanıgöstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarınalayiq görülmüş işçilər, hamilə qadınlar, uşağının üç yaşınadəksosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra birildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən azolan işçilər və digər bir sıra kateqoriyalardan olan işçilərinattestasiyası keçirilmir.

Məzuniyyət zamanı da bir sıra kateqoriyalardan olan işçilər üçüngüzəştlər tətbiq olunur. Məsələn, Əmək Məcəlləsində bildirilir ki,yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əməkfunksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlikləbağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasınınxüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinəvə əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətinmüddəti 6 təqvim günündən az olmamalıdır.

S komponenti həmçinin əməyin mühafizəsi tədbirlərini əhatə edir.1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsintəhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib.Ölkəmizdə bu sahədə siyasət mütərəqqi beynəlxalq standartlara uyğunqurulub, ötən dövrdə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsasişçi hüquqları ilə bağlı 60-dək Konvensiyanı, o cümlədən əməyinmühafizəsi ilə əlaqədar 20-dən çox Konvensiyanı ratifikasiyaedib.

Milli qanunvericiliyin əsas tələblərindən biri də odur ki, əməkmüqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarınıntələblərinə uyğun olmalı, müqavilədə işəgötürənin işçinin sağlam,təhlükəsiz əmək şəraitinə təminat verməsi öhdəliyi qeydolunmalıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin işyerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinəyetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrəstandartların, normaların və qaydaların bütün tələblərinə əməledilməsini təmin etməlidirlər.

2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəolmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərininattestasiyası sahələrində xidmətlər göstərmək, eləcə də busahələrdə təlimlər keçirmək, işəgötürənlərə əmək hüquqları, əməyinmühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləriverilməsini, metodiki dəstəyi təmin etmək məqsədi daşıyır.

G komponenti (idarəetmə sahəsi) üzrə güzəşt vəazadolmalar

Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2023-cü il tarixliqərarı ilə “Banklarda korporativ idarəetmə standartları”na ESGprinsipləri inteqrasiya edilib. Bununla banklar uzunmüddətli dövrüzrə dayanıqlığını təmin etmək məqsədilə biznes strategiyasındafəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESGamillərini və risklərin qiymətləndirilməsi prosesində ESGamillərini ehtiva edən maliyyə və qeyri-maliyyə risklərini dənəzərə almalıdır.

2023-cü ildə yeni ticarət və ticarət sonrası elektron sistemiistifadəyə verilib. Yeni elektron ticarət sistemi investorlarınfond birjası vasitəsilə məsafədən ticarətinə imkan verən müvafiqproqram təminatlarının inteqrasiyasına imkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
11
az.trend.az

10Mənbələr