Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizələr siyahısında kimlərin namizədlər siyahısında olub-olmaması barədədir.
![](https://www.bakupost.az/uploads/news/2024-07-01-10-57-23z4cWEYGahogrfzEDkLR6_file.jpg)
Bakupost.az xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir:
“Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib:
“Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”