AZ

Gəmilərin təhlükəsiz istismarı ilə bağlı tədbirlər keçirildi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərininmüvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsiməqsədilə silsilə tədbirlər keçirib.

Trend FHN-ə istinadən xəbərverir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusundakeçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Xəzər rayonununMərdəkan qəsəbəsində, Neftçala rayonunun Şirvanlı kəndində, Qubarayonunun İkinci Nügədi kəndində, Lənkəran rayonunun Aşağı Nüvədiqəsəbəsində və Mingəçevir şəhərində Mingəçevir su anbarınınsahilində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıqvə digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıqsubyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədəməlumat verilib.

Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcudtələblərinə dair normalar izah olunub, həmin su nəqliyyatıvasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texnikibaxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülükvəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eynizamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedicivasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları iləbağlı da maarifləndirilib.

Sonda sözügedən gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərintəchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqındamaarifləndirici çap materialları paylanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
az.trend.az

5Mənbələr