AZ

Çoxdan gözlənilən tarixi filmin süjeti məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qladiator 2" tarixi filminin yaradıcıları layihənin süjeti ilə bağlı təfərrüatı açıqlayıblar.
Belə ki, baş qəhrəman, Afrikanın Numidiya ölkəsində böyüyən Lusius adlı şəxs imperator Mark Avrelinin nəslindən olacaq. Onu Pol Meskal canlandıracaq.
Film Markus Akasiyanın (Pedro Paskal) komandanlığı altında Roma ordusunun Numidiyaya hücumu ilə başlayacaq.
Süjetə əsasən, döyüş nəticəsində Lusius əsir düşür, qladiator olur və Romaya göndərilir. Orada anasının Akasiyaya aşiq olduğunu öyrənir, bundan sonra əsas personajlar arenada döyüşürlər.
Denzel Vaşinqton filmdə inanılmaz dərəcədə zəngin olan və qızıl arabada Roma ətrafında gəzən bir taciri canlandıracaq. Cozef Quinn və Fred Hehinger isə iki qəddar qardaş imperator rolunu oynayacaqlar.
"Qladiator 2"nin premyerası 15 noyabr 2024-cü ildə baş tutacaq. Filmdəki hadisələr orijinaldakından 25 il sonra cərəyan edəcək.
Mənbə: championat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
oxu.az

10Mənbələr