AZ

İranda seçki teraktına cəhd edən terrorçular saxlanıldı

Hələ seçki məntəqələri açılmamışdan əvvəl (İranda prezident seçkilərinin birinci turu 28 iyunda keçirilib – red.) İran ordusunun əsgərləri prezident seçkiləri zamanı terror aktları hazırlayan terrorçuları saxlayıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib. "Seçkilərdən əvvəl terror aktları hazırlayan terrorçular ölkəyə daxil olub. Onlar hərbi qulluqçular tərəfindən saxlanılıb və terror hərəkatı tam məğlubiyyətə uğrayıb", - o bildirib. Nazir müavininin sözlərinə görə, cinayətkarlar dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki məntəqələrinə getməkdən çəkindirmək üçün terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

Qeyd edək ki, İranda 28 iyunda prezident seçkiləri keçirilib. Seçkidə qalib müəyyənləşmədiyindən 5 iyunda ikinci tur keçiriləcək. İkinci turda birinci turun lideri, azərbaycanlı namizəd Məsud Pezeşkian və Sid Cəlili mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
buta.tv

10Mənbələr