AZ

Qaxda ağır qəza:3 ölü, 6 yaralıXƏSARƏT ALANLARDAN 3-ü TÜRKİYƏ VƏTƏNDAŞIDIR

Qaxda ağır yol qəzası baş verib. 

 

APA bildirir ki, qəza zamanı 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Xəsarət alanlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

 

Yaralılardan bir nəfər - 37 yaşlı qadın  müayinə və müalicəsini davam etdirmək üçün gün Zaqatala RMX-a göndərilib.

 

Üçü Türkiyə vətandaşı olmaqla (1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı - 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz)  qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
140
18
senzor.az

10Mənbələr