AZ

Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi - RƏSMİ AÇIQLAMA

Xəbər verilidiyi kimi,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə hava nəqliyyatı ilə ölkədaxili sərnişin daşımaları üzrə müxtəlif istiqamətlərə biletlərin yeni qiymətləri müəyyən edilib. 

FED.az xəbər verir ki, qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.

Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub. 

AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək. 

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

İstiqamətlər

Tariflər (ƏDV daxil, manatla)Ə

1.

Bakı-Naxçıvan / Naxçıvan-Bakı

70.00

2.

Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan

60.00

3.

Bakı-Gəncə / Gəncə-Bakı

84.00

4.

Bakı-Qəbələ / Qəbələ-Bakı

65.00

5.

Bakı-Füzuli / Füzuli-Bakı

78.00

6.

Bakı-Zəngilan / Zəngilan-Bakı

83.00

7.

Bakı-Lənkəran / Lənkəran-Bakı

65.00

8.

Bakı-Zaqatala / Zaqatala-Bakı

84.00

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
7
fed.az

7Mənbələr