AZ

İran və Türkiyə XİN başçıları danışıqlar apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə telefon danışığı aparıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.

Danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub, müharibənin bütün bölgəyə yayılma riski qiymətləndirilib.

Nazir Fidan Livanda gərginliyin artmasının da İraq və Suriyaya mənfi təsir göstərəcəyini vurğulayıb.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələləri də müzakirə edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
9
yenisabah.az

10Mənbələr