AZ

Gəncədə avtomobil iki yeniyetməni vurdu

Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
9
yenisabah.az

10Mənbələr