"Qafqazinfo” xəbər verir ki, dəhşətli qəzada vəfat edən Gülnarə Qurbanova Şəkinin Cəfərabad kənd məktəbinin rus dili müəllimi imiş.
G. Qurbanovanın sosial şəbəkələrdə yayılmış fotosunu təqdim edirik:
Xatırladaq ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir. Belə ki, "Ford” markalı avtomobillə toqquşan "VAZ-21015”də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.