AZ

"Barselona" 2 futbolçunu yola saldı

"Barselona" icarə əsasında komandanın şərəfini qoruyan Joao Feliks və Joao Kanselo ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
 
Feliks müqavilə ilə "Atletiko"ya məxsusdur. Kanselo isə "Mançester Siti"nin futbolçusudur.
 
24 yaşlı Feliks ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib və 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.  
 
Kanselo isə 44 matçda iştirak edib, 4 qol vurub və 6 qolun ötürməsini verib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
sport24.az

4Mənbələr