AZ

Camal Musiala bunu bacaran ikinci futbolçu oldu

Almaniya millisinin gənc futbolçusu Camal Musiala Avropa çempionatları tarixinə düşüb. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsində Danimarkanı məğlub edən meydan sahiblərinin yarımmüdafiəçisi uğura imza atıb.
 
O, gənc yaşda Avropa çempionatlarında 3 qol vuran ikinci futbolçu olub. C.Musiala bu göstəricidə yalnız İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runidən geri qalır. İngiltərəli futbolçu AVRO-2004-də 18 yaş, yeddi ay və 28 günlüyündə olarkən 3 qol vurmağı bacarıb. Almaniyalı yarımmüdafiəçi isə bunu 21 yaş, dörd ay və üç günlüyündə həyata keçirə bilib.
 
Qeyd edək ki, Almaniya - Danimarka matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 68-ci dəqiqəsində Musiala komandasının ikinci qolunu vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
sport24.az

4Mənbələr