AZ

Azərbaycanlı blogerin mənzili və avtomobilləri əlindən alınacaq?

Rusiyanın Federal Vergi Xidməti bu ölkədə fəaliyyət göstərən azərbaycanlı bloger Hüseyn Həsənovun avtomobillərini və mənzilini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, müsadirə ödənilməmiş borca görədir.

Artıq Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlayıb.
Xidmət blogerdən Moskva şəhərindəki 124 kvadratmetrlik mənzilini, həmçinin "Rolls-Royce Cullinan" (2020) və "Chevrolet Tahoe" (2022) markalı iki avtomobili ala bilər.

Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2,9 milyon manat) məbləğində borcu yığılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
12
bizim.media

10Mənbələr