Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk” kiçik artilleriya və "Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk edib.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib.
www.anews.az