AZ

Qadının qətlində, hakim köməkçisini bıçaqlamaqda şübhəli idi - İntihar etdi

Bir neçə gün öncə Gəncə şəhərində 45 yaşlı İlhamə Hüseynovanın qətli, 25 yaşlı Akif Ağalaovun isə xəsarət alması ilə nəticələnən hadisəyə görə tutulmuş şəxs intihar edib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı özünə də xəsarətlər yetirmiş 65 yaşlı Mahir Quliyev bu gün özünü müalicə aldığı xəstəxanadan atıb.

Xəstəxana binasının 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən özünü atan M.Quliyev hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə vaxtı bıçaqlanan Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimlərindən birinin köməkçisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
5
qafqazinfo.az

6Mənbələr