AZ

Fransada növbədənkənar seçkilər keçirilir


Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Milli Assambleyadakı 577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Ralli və solçu Yeni Xalq Cəbhəsi aparır.
Birinci turda seçilmək üçün namizədlər yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda ən azı 12,5% səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə bilərlər.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da Avropa Parlamenti seçkilərində prezident koalisiyasının böyük məğlubiyyəti fonunda erkən seçkilər təyin edib. Fransa lideri Milli Assambleyaya növbədənkənar seçkilər keçirməklə onun siyasətinə qanunvericilər arasında etibarlı dəstəyi təmin etmək üçün hakim düşərgənin siyasi bazasını genişləndirməyə ümid edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
42
yeniavaz.com

10Mənbələr