AZ

FutbolAVRO-2024: İngiltərə və Slovakiya komandaları böyük turnirlərdə cəmi bir dəfə qarşılaşıb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün qarşılaşacaq İngiltərə və Slovakiya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) cəmi 1 dəfə üz-üzə gəlib.

“Report” xəbər verir ki, 2016-cı ildə təşkil olunan Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların görüşü qolsuz bərabərliklə yekunlaşıb.

Kölndəki “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək İspaniya və Gürcüstan yığmaları isə heç vaxt mötəbər turnirlərin final mərhələlərində üz-üzə gəlməyib.

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı Bakı vaxtilə saat 20:00-da, İspaniya - Gürcüstan qarşılaşması isə 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
far.az

2Mənbələr