ABŞ-da keçirilən Amerika kubokunda qrup mərhələsinin III turu davam edir. 

Offsideplus.az xəbər verir ki, A qrupunda baş tutan iki oyunda 2 qol vurulub.

Ardıcıl üçüncü qələbəsini qazanan Argentina zirvədəki yerini möhkəmlədib. Lionel Messi və komandası bu dəfə Perunu məğlub edib. Kanada - Çili matçında isə hesab açılmayıb.

Amerika kuboku
Qrup mərhələsi, III tur
A qrupu, 30 iyun
Argentina – Peru – 2:0

Lautaro Martines, 47, 86

Kanada – Çili – 0:0