AZ

"Forbes" Türkiyənin konsert çempionunu AÇIQLADI: 12 milyonluq gəlirlə birinci olan müğənni kimdir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də fəaliyyət göstərən dünyaca məşhur "Forbes" biznes jurnalı Türkiyənin konsert çempionunu açıqlayıb.
İlk onluğu elan edən jurnalın nəticələrinə görə, bu, meqastar Tarkan olub. O, 12 milyon avro gəlirlə birinci sırada yer alıb.
Tarkandan sonra altı milyon avro gəlirlə Cem Adrian ikinci yerdə qərarlaşıb.
Siyahıda üçüncü yerdə son vaxtlar gündəmdən düşməyən Serdar Ortaç yer alıb və onun gəliri beş milyon avro təşkil edib.
Dördüncü yerdə 5,2 milyon avro gəlirlə Edis, beşinci yerdə 4,5 milyon avro ilə Sıla, altıncı yerdə 4,3 milyon avro ilə Yıldız Tilbe, yeddinci yerdə dörd milyon avro ilə "Tüstü", səkkizinci yerdə 3,6 milyon avro ilə Gülşen, doqquzuncu yerdə 3,4 milyon avro ilə Gökhan Türkmen, 10-cu yerdə 3,1 milyon avro ilə Mahmut Orhan qərarlaşıblar.
Mənbə: Haberler.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
oxu.az

7Mənbələr