AZ

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni yolun tikintisi bu ilin sonuna başa çatacaq

Bakı. Trend:

Gürcüstanın paytaxtından Azərbaycanla sərhədə qədər yeniTbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəalşəkildə davam edir. Dördzolaqlı beton yolun tikintisi 2024-cü ildəbaşa çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf vəİnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindənməlumat verilib.

Bildirilib ki, yolun Tbilisi-Saqareco hissəsi Tbilisi və Kaxetibölgəsini birləşdirən əsas magistralın, eləcə də GürcüstanıAzərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinbir hissəsidir. Ümumi uzunluğu 35 kilometr olan Tbilisi-Saqarecoyolunun tikintisi üç hissəyə - Vaziani dolama yolu,Vaziani-Saqareco yolu və Saqareco dolama yoluna bölünüb.

Layihə çərçivəsində dördzolaqlı beton avtomobil yolu tikilir.Yolun birinci hissəsi olan Vaziani dolama yolu keçən il istifadəyəverilib və yeni yolun dörd kilometrlik hissəsi artıq nəqliyyatvasitələrinin istifadəsindədir. Ümumi uzunluğu 31 kilometr olanqalan iki hissədə işlər aktiv şəkildə davam etdirilir və bu il başaçatdırılması planlaşdırılır.

Seçilən
98
2
az.trend.az

7Mənbələr