AZ

Yamal futbol tarixinin ən bahalı futbolçusu ola bilər

PSJ "Barselona"nın vingeri Lamin Yamalı futbol tarixinin ən bahalı futbolçusuna çevirmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb. 

PSJ 16 yaşlı futblçunun transferi üçün “Barselona”ya 250 milyon avro təklif etməyə hazırlaşır.

Kataloniya klubu isə Yamalı buraxmaq niyyətində deyil.  

Futbolçunun "Barselona"la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt" onun qiymətini 90 milyon avro olaraq dəyərləndirir.

Lamin Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyun keçirib, 7 qol vurub və 11 qolun ötürməsini edib.

Bizim.Media

Seçilən
55
4
bizim.media

5Mənbələr