AZ

ABŞ-nin keçmiş vite-prezidenti: "İran rejimi dağılacaq..."

ABŞ-nin keçmiş vite-prezidenti Mayk Pen İran rejiminin Sovet İttifaqı kimi dağılacağını bildirib.

O, bu barədə özünün "X" hesabında paylaşım edib.

"Azad İran 2024" Dünya Sammitində çıxış etməkdən şərəf duyuram. Sizin sayənizdə dəyişiklik gəlir.  İranda əvvəlkindən daha güclü dəyişiklik küləkləri əsir.  "Azad İran" üçün əbədi ümid heç vaxt sönməyəcək və İran xalqı nə vaxtsa azad olacaq!" - , deyə Mayk Pen qeyd edib.

Pen bildirib ki, heç bir zalım rejim əbədi qala bilməz: "Hər bir insanın qəlbində azad olmaq üçün yanan sönməz bir atəş var.  Sovetlər birliyi öz günahlarının ağırlığı altında dağıldığı kimi, İran zalımlarının da taleyi belə olacaq". (Musavat.com)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
sherg.az

10Mənbələr