AZ

Nazirlikdən bu pensiyalarla bağlı AÇIQLAMA

İki və daha çox pensiya hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlardan ən yüksək olan pensiya təyin olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunu təsdiq edib.

Qanunda yeni dəyişikliklərdən biri kimi, digər səbəbdən (xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan hərbi qulluqçulara təyin edilən pensiyanın məbləği onların təminat xərcliyinin 60 faizindən 70 faizə qaldırılacaq.

Bu da həmin şəxslərin pensiya təminatının gücləndirilməsinə, onlara təyin edilən pensiyanın məbləğinin artımına xidmət edir.

2019-cu ildən ölkəmizdə pensiya və digər ödənişlərin təyinatı müraciət olunmadan və sənəd təqdim edilmədən, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
11
publika.az

10Mənbələr