AZ

Həbsdə olan Rəşad Dağlının yeni mahnısı -VİDEO

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yeni mahnısı təqdim olunub.

 

Senzor.az bildirir ki, meyxanaçının həmkarı Natiq Ələkbərli ilə birgə səsləndirdiyi "Yaxşıların qardaşı" adlı ifa onun rəsmi “Yutub” hesabında yayımlanıb.

 

Mahnı R.Dağlı həbs olunmamışdan əvvəl yazılıb.

 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
15
senzor.az

10Mənbələr