AZ

“Barselona” PSJ-nin 250 milyonluq təklifini qəbul etmədi

"Barselona"nın futbolçusu Lamin Yamal üçün fantastik təklif gəlib. 

Bizim.Media xəbər verir ki, PSJ ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Paris klubu 16 yaşlı oyunçu üçün 250 milyon avroluq təklif göndərib. "Barselona" maddi çətinliklər yaşamasına baxmayaraq, təklifi rədd edib. Kataloniya təmsilçisi gənc futbolçunun satılmadığını bildirib.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa nəhənginin heyətində meydana çıxdığı 53 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
bizim.media

2Mənbələr