AZ

“Qızımı atasına verdim, sənəti seçdim“ - Əməkdar artist

12 yaşında qızımı atasına verdim ki, məktəbi, hazırlıqlarına o baxırdı, qoy, gözünün qabağında olsun. Atasından özüm ayrılsam da, uşağı ondan ayırmamışam. Həmişə demişəm ki, qoy, uşaq fikrində tutsun ki, anam da, atam da başının üstündədir. Yəni, özünü yarımçıq hiss etməsin. Mütəmadi olaraq görüşürdük, gəlirdi-gedirdi, qalırdı. 12 yaşına qədər nə vermişəmsə, mən vermişəm ona. O, buna heç vaxt nəsə deməyib. Çünki onu atmamışam". 

Bu sözləri Əməkdar artist Nahidə Orucova "Həftənin qonağı" verilişində deyib. O, sənətinə görə keçmiş həyat yoldaşının qızına baxdığını deyib: "Mənim işim elə idi ki, bəzən gecə də çəkilişlər olurdu. Atası razı olmurdu ki, uşaq tək qalsın. Həm də cavanlıq idi. Daha çox sənətə, karyeraya meyil göstərdim. Vaxtı ilə uşağa istədiyimiz kimi baxmadığıma görə, indi nəvəmə o sevgini vermək istəyirəm. Uzun müddət razı olmamışam onu atasına verməyə. Amma sonra düşündüm ki, mən burada təkəm. Qoy, uşaq ailə mühütində böyüsün. Qızımın xasiyyəti atası kimi tünddür. Həmişə deyir ki, o nədir verilişdə geyinmisən. Biz ayrılanda kemiş həyat yoldaşımın maddi vəziyyəti yaxşı idi. Çox təkliflər etdi ki, sənətdən ayrıl, sənə biznes qurum. Mənim üçün sənət hər şeydən irəli idi. Sırf sənətə görə biz ayrıldıq. Dedi, mən işimdən ayrıldım, sən də ayrıl. Fikirləşirəm ki, gərək onda ailəmdən yapışaydım. Amma onda sənətim olmayacaqdı. Ailə yox, sənət məni xoşbəxt etdi. Çətin oldu mənim üçün".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
14
news365.az

10Mənbələr