AZ

Sahil zolağı tullantılardan təmizlənib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı iləiyunun 29-da Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslıtəmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının,Sabunçu Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, “FacilityManagement Group” şirkətinin, “Qırmızı ürəklər” Fondu, “Nargis”jurnalının, “Coca Cola” şirkətinin, “EcoHub” ekoloji platformasınümayəndələrinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçiriləntəmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik vədigər tullantılardan təmizlənib.

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsədtəbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişəttullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətrafmühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitinmühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə,təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonukeçirilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
27
az.trend.az

10Mənbələr