AZ

Biləsuvarda su hövzələrində gursululuq müşahidə olunur

Artıq bir neçə müddətdir ki, intensiv yağıntılarla bağlı Biləsuvar rayonunda su hövzələrində gursululuq müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə report-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, əvvəlki illərdə iyun ayında adətən rayon ərazisində su böhranı yaşanır. Lakin bu il tamamilə bunun əksi baş verib.

Belə ki, artıq iyun ayı bitmək üzrədir, amma hələki su ilə bağlı problem yoxdur.

Onlar həmçinin qeyd edib ki, Cənubi-Muğan kanalının rayon ərazisindən keçən hissəsində suyun həcmi demək olar ki, qış fəslində olduğu kimidir.

Bizim.Media

Seçilən
82
6
bizim.media

7Mənbələr