AZ

Səmimiyyətdən yoğrulan şeirlər - Təranə Dəmir yazır

Səmimiyyətdən
Təranə DƏMİR

Bu dəfə bir az fərqli baxmaq istədim çoxsevdiyim sözə. Həmişə ərkyana döydüyümqapıya bir ayrı məqamla gəlmək istədim budəfə. Dostluğu, yoldaşlığı da qoydum birkənara. Sözün işığı çağırdı məni. Axı külünaltında qoru görənlərdənəm. Odusöndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilərdeyə elə bütün ürəklərin də günəştərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil.

...Zaur Ustac ürək qızdırdığım, günün hansıvaxtında olur-olsun ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı. Baxmayaraq ki, dostluğumuzun yaşı elə dəçox deyil, bununla belə aramızda min illikhörmətimiz və ehtiramımız var.Arxalandığım şair həmkarlarımdandı.Sözündən tanıyıram. Hər yazar özünüsözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxtadamı incitməz. Qorxar incitməkdən.

Şairliyi də özünə bənzəyir. Hay-küysüz,utancaq...

Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələürəkdolusu minnətdarlığı ilə adamı özünəborclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..



Layk (bəyənmə) azarkeşi deyil. Özhücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyidə sevməz. Qəribə nizam-intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onunvaxtilə ordu sıralarımızdakı xidmətindənirəli gəlir. Axı uzun illər Zaur Ustac vətənəsədaqətlə xidmət edib. Bəlkə sözə bu qədərsadiqliyi də burdan başlayır:

Yurdumun dörd yanını
Hürr görmək istəyirəm


- deyən şairin arzuları yavaş-yavaş çin olur.. Bundan böyük, müqəddəs arzumu var? Kim bilir adam bu arzuya çatmaqçun neçə qatgöynəkdən keçib bu çağacan:

Vətəndə əbədi nəğməyə döndün ,
Xudayar, zəfərli çağın mübarək...
Payızda Vətənə bahar gətirdin,
Şəhadət ətirli bağın mübarək.


Bu sətirlərdə sevinci dolu-dolu yaşayabilməyən şair ürəyinin həsrətini duyursan.. Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsiduyulur bu sətirlərdə. Bu qalibiyyətdən, buzəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özüdə.. Amma özü bu narahatlığından heç nədemir. Sadəcə yazır.

Ütüsüz, boyasız, rəngsiz. Ağ-qara yazılarında bir özüdü, bir də çox sevdiyiazadlığı.

Üstündən yüz Araz axsın
Torpaq bizim torpağımız.
Güney, Quzey - fərq eləməz,
Oylaq bizim oylağımız.


Canı torpaq, amalı Bütöv AzərbaycandıZaur Ustacın. Tanrı muradını versin.

Bütün yazılarına ürək qoyan yazardı. Hərsətrində qəlbinin odunu, alovunuduyursan.Şeirlərində qızına bilirsən şairin. Bu da birayrı bəxtəvərlikdi.

"Dünya bir pəncərədir", pəncərənolsa, qardaş,
De, heç vaxtın oldumu, pəncərədənbaxmağa


- deyir Zaur Ustac.

Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şairdincəlməyə vaxt tapmasa da qələmi yerəqoymur.

Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandıhəm də. Söz əhvalının hansı səmtinə tuşgəlirsə, elə də yazır. Əsas odur ki,hamısında qəlbinin çırpıntıları var. Əslşeirlər də səmimiyyətdən doğan şeirlərdi.

Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsində gözüm var mənim!


Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindənkeçənləri dilə gətirməkdi. Bir də sözdeməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.

Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı - hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə “ölü şeirlər”deyirəm. Amma Zaur Ustacda həmişə bircəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedənyol tənqiddən keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən uzaq.

Zaur Ustacın bir "Yazarlar" yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalınsəhifələrində görməkxüsusi zövqverirbizə. Çox vaxt özümüzdən xəbərsiz dərcolunuruq. Bu sarıdan da böyük ürəyi varZaur Ustacın. Çalışqanlığı və yeniliyi iləseçilənlərdəndi. Həm də sözə məqsədsizyanaşanlardan.

Zaur Ustac özünə və sözünə arxalananyazardı. Tanrı qorusun!

Bu yazı da belə doğuldu. Birnəfəsə. Boyasız,bərsiz-bəzəksiz. Elə şairin özü və sözükimi..

Seçilən
136
2
reyting.az

3Mənbələr