Cəlilabadda yol - nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza köhnə Ələt-Astara yolunun 95-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisində baş verib.

1990-cı il təvəllüdlü Aygün Yüsibova idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarına çıxaraq aşıb. Sürücü bel nahiyəsindən ağır zədə alıb. Yaralı hadisə yerinə gələn təcili yardım vasitəsi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info