AZ

MSK-nın iclası keçirilib (YENİLƏNİB)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" müzakirəyə çıxarılıb.

Olaylar.az-ın Trend-ə istinadən xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" müzakirə olunaraq təsdiqlənib.

xxx

16:00

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk iclası başlayıb.

Olaylar.az xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nın qəbul edilməsi, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupunun yaradılması daxildir.

İclasın gündəliyinə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi də daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
10
olaylar.az

10Mənbələr