AZ

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi avqustun 29-dək davam edəcək. Bildiyiniz kimi, bu proses səsvermə gününə 3 gün qalanadək davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın iyunun 29-da keçirilən iclasında söyləyib.

O bildirib ki, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunması avqustun 12-dək davam edəcək. Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlayacaq və səsverməyə 24 saat qalmış yekunlaşacaq. Yəni, bu proses avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da isə dayandırılacaq.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
dogru.az

3Mənbələr