AZ

Deputatlığa namizədin qeydə alınmasına BU TARİXDƏN başlanacaq

Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni, avqustun 22-ə qədər davam edir.

Bizim.Media xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında bildirib.

Məlumata görə, seçki dairəsi ərazisində müşahidə aparmaq üçün müvafiq seçki dairələrinə təqdim edilməsi isə Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, avqustun 27-ə qədər davam edəcək.

“Seçki prosesi boyunca maarifləndirmə tədbirləri isə mütəmadi şəkildə həyata keçiriləcək. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, bu proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq”, - deyə A. Muxtarova vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
8
bizim.media

9Mənbələr