AZ

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və erməni həmkarı Ararat Mirzoyan Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Avropa Birliyi (AB) ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər.

Bundan başqa, AB ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, regional mövzulara da toxunulub.

Məlumata görə, A.Mirzoyan Azərbaycanla münasibətlərin normallaşması prosesində baş verən son hadisələrdən danışıb, regional təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
38
axar.az

10Mənbələr