AZ

Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradılıb".
Oxu.Az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Eyni zamanda növbədənkənar parlament seçkisində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.
İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
oxu.az

10Mənbələr