AZ

İranda prezident seçkilərinin yekun nəticəsi açıqlandı- Pezeşkiyan və Cəlili ikinci tura gedir...

Image

İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.

İran mediası yazır ki, nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili öndədir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
baki-xeber.com

5Mənbələr