AZ

FutbolAVRO-2024: Almaniya və Danimarka milliləri böyük turnirlərdə beşinci dəfə üz-üzə gələcəklər

Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Almaniya və Danimarka milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) 4 dəfə qarşılaşıblar.

"Far.Az"un məlumatına görə, bu oyunların ikisində meydan sahibi Almaniya, digər ikisində isə skandinaviyalılar qalib gəliblər.

Danimarka qitə çempionu olduğu 1992-ci ildəki turnirin finalında məhz Bundestimi məğlub edib - 2:0.

AVRO-2024-də günün ikinci görüşündə İtaliya yığması İsveçrə səddini keçməyə çalışacaq. Bu, komandaların böyük yarışlarda beşinci dueli olacaq. Hər iki tərəf daha əvvəl iki qalibiyyətə sevinib. İsveçrə 1954-cü ildəki dünya çempionatında iki dəfə rəqibini üstələməyi bacarıb. 1962-ci ildəki mundialda və AVRO-2020-də isə italyanlar qələbə əldə ediblər.

Qeyd edək ki, İsveçrə - İtaliya matçı saat 20:00-da, Almaniya - Danimarka görüşü isə 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
far.az

5Mənbələr