AZ

Magistraturaya ixtisaslaşma seçiminin son günüdür

Sabah – 30 iyun ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçiminin son günüdür.

 

Sfera.az xəbər verir ki, ixtisaslaşma seçiminə magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

 

Həmin bakalavrlar 30 iyun saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

 

29 iyun saat 13:13-ə olan məlumata əsasən 11397 (Azərbaycan bölməsi - 10429 ; rus bölməsi - 968 ) bakalavr öz ərizəsini təsdiq edib.

 

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

 

Müsabiqəyə yalnız ərizələrini təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
9
sfera.az

10Mənbələr