AZ

Tərtərdə ağır qəza - Xəsarət alanlar var - VİDEO

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayon Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomaşın, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi “BMW” markalı avtomaşınla toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hələ ki, yaralıların son vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.


​​​​​​​Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
10
bizim.media

10Mənbələr